"Bir çox futbolçum kimi mən heç vaxt bu turnirin qrup mərhələsində oynamamışam".

Leqal.info-nun məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Çexiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, bu görüş onlar üçün böyük çağırışdır: "Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.