Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan 3 qızıl və 3 bürünc medalla başa vurub.

Leqal.info-nun xəbərinə görə, Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.

Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib. Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medalla yarışı tamamlayıblar.

17:17
Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ikinci qızıl medalını qazanıb.

Leqal.info-nun xəbərinə görə, 68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.

5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.

16:11
Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

Leqal.info-nun xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.

Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.

Xatırladaq ki, səhər seansında Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar. Onlar müvafiq olaraq Hiroki Nakano (Yaponiya), Andrey Toroşanko (Ukrayna) və Qoqita Arkania (Gürcüstan) üstün olub.

Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub