UEFA Avropa Liqasının yarımfinal mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Arsenal" klubu İspaniyanın "Atleriko Madrid" klubunu qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 1:1. Qollar: A.Lakasett (61-ci dəqiqə), A.Qrizmann (82-ci dəqiqə).

Digər oyun Fransanın Marsel şəhərində keçirilib. "Olimpik Marsel" Avstriyanın "Red Bull Zaltsburq" klubunu qəbul edib. Ev sahibi rəqibinin qapısından 2 cavabsız top keçirib - 2:0. Qollar: F.Toven (15-ci dəqiqə), K.N'Jie (63-cü dəqiqə).

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları mayın 3-ü keçiriləcək.