Yenilik bu ildən tətbiq olunacaq


“France Football” nəşri ilin ən yaxşı qadın futbolçusuna da “Qızıl top” mükafatı təqdim edəcək.

“Report” “AP News”a istinadən xəbər verir ki, yenilik bu ildən tətbiq olunacaq. Dekabrın 3-də Fransanın paytaxtı Parisdə baş tutacaq mərasimdə xanım futbolçu da “Qızıl top” alacaq.

Nəşr oktyabrın 8-də ilin ən yaxşı qadın futbolçusuna namizədlərdən ibarət 15 nəfərlik siyahını açıqlayacaq.

Qeyd edək ki, “France Football”un təsis etdiyi “Qızıl top” mükafatı hər il Avropada ən yaxşı seçilən kişi futbolçuya təqdim olunur. 2017-ci ildə “Qızıl top”u qazanan Kriştianu Ronaldu son 9 ildə 4-cü dəfə bu mükafata sahib çıxıb. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi isə həmin müddətdə 5 dəfə “Qızıl top”a layiq görülüb.