İngiltərə kubokunda 1/32 final mərhələsində “Mançester Siti” doğma meydanda “Roterhem”i qəbul edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Siti futbolçuları rəqibin qapısından 7 cavabsız top keçirib.

Qolları Sterlinq, Foden Ajayi (öz qapısına), Qabriel Jesus, Marez, Otamendi və Sane keçirib.

Xosep Qvardiolanın komandası bu qələbə ilə 1/16 finala yüksəlib.