Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

Leqal.info xəbər verir ki, bu barədə məlumatı BakuPost-a mərhumun yaxınları verib.

Bildirilib ki, məşhur döyüşçü bir müddət imiş qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.
Azərbaycanın məşhur idmançısı qripdən öldü
Azərbaycanın məşhur idmançısı qripdən öldü