“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana gətirilib.

"Leqal.info" xəbər verir ki, bu barədə yarışın rəsmi "facebook" səhifəsində paylaşım edilib.

Qeyd edək ki, bu il Bakıda ilk dəfə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) təşkil ediləcək. İyulun 21-də start götürəcək idman tədbirinə qitənin 50 ölkəsindən 3600-dək idmançı və texniki heyət üzvləri qatılacaq. Bir həftə ərzində 10 idman növü - bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə gedəcək. Yarış iştirakçıları 12 idman qurğusunda çıxış edəcəklər.