Rusiyanın Bryansk vilayətinin dörd şirkəti Bakıda öz potensiallarını nümayiş etdirib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, rusiyalı sahibkarların iş missiyası çərçivəsində "Bryansk Gurme" zavodu, "Rusiya Armor", "Epatazh reklam agentliyi və "Lessorb" şirkəti Azərbaycana gəlib.

"Rusiya Armor" qida sənayesi üçün əsasən paslanmayan poladdan geniş çeşidli avadanlıq təqdim edir.

"Bryansk Gurme" zavodu uşaq qidası istehsalı ilə məşğuldur və məhsullarını Azərbaycan bazarına çatdırmaqda maraqlıdır. Öz növbəsində "Lessorb" şirkəti Azərbaycanın neft və qaz sektoru ilə əməkdaşlığa yönəlib. Şirkət neft və neft məhsullarının itkiyə getməməsi üçün avadanlıqlar, o cümlədən köməkçi alətlər (su gəmiləri, təkanların quraşdırılması üçün avadanlıqlar, texnoloji alətlər və s.) istehsal edir.

Bryansk nümayəndəsinin sözlərinə görə, bunlar Azərbaycanda ilk dəfə işgüzar əlaqələr qurmağa çalışan qabaqcıl şirkətlərdir. Missiya Rusiyanın Kiçik və Orta İxracatçılar Birliyi və Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunur. Azərbaycana olan bu iş missiyası pilot layihədir. Onun əsas vəzifəsi bölgələrin praktiki potensialını Rusiya ixrac mərkəzinin imkanları ilə birləşdirməkdir.