Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC-nin dövlət büdcəsinə borcu məlum olub.

“Leqal.info” vergi bazasına istinadən xəbər verir ki, bu günə Bakı bulvarının 160 254 manat vergi borcu var.

Xatırladaq ki, sözügedən kommersiya qurumu 2008-ci ildən fəaliyyət göstərir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Dənizkənarı Milli Park"ın direktoru Faiq Əliyev isə bildirib ki, onların büdcəyə borcu yoxdur, əksinə 35 min manat əlavə vergi ödəyiblər: "Sadəcə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sistemi texniki xəta ilə əlaqədar bizim vergi borcumuzun olduğunu göstərir".