Leqal.info xəbər verir ki, uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Muradxan oğlu Ağayev Bankın Müşahidə Şurasının üzvü seçilib.
Kamran Nazim oğlu Məcidov 1982-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norveç Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.
Əmək fəaliyyətinə 2002-ci ildən etibarən bank sektorunda başlayıb. Ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2008-ci ildən Xalq Bankda çalışır. Ailəlidir, iki övladı var. (Qafqazinfo)