Dünya birjalarında neft qiymətində bahalaşma müşahidə olunur.

Leqal.info xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 1 % bahalaşaraq 59,43 dollara yüksəlib.

WTI markalı neftin bir barreli isə 0,96 % artımla 56,77 dollara satılır.

Azərbaycan neftinin 1 barrelə olan qiyməti isə 0,48 % artaraq 61,24 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin qiyməti 60 dollar səviyyəsini sonuncu dəfə 2020-ci ilin fevralın 27-də görüb.