Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Vaşinqtonda Xəzər Siyasəti Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə iştirak edib.
KOBİA-dan Leqal.info- ya bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın regiondakı aparıcı rolu, ölkə iqtisadiyyatı, əlverişli biznes və investisiya potensialı, o cümlədən işğaldan azad edilmiş Qarabağda biznes imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd olunub ki, Qarabağda biznes qurmaq üçün KOBİA-ya daxil olmuş müraciətlər arasında ABŞ şirkətləri də var. Həmçinin görüşdə Azərbaycan və ABŞ iş adamları arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı biznes missiyaların təşkili və digər birgə təşəbbüslər də nəzərdən keçirilib.