Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

"Leqal.info" "TRT World”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin liderləri regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.

Həmçinin, prezidentlər Suriyadakı mövcud vəziyyəti, eləcə də Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparıblar.