"Almaniya avqustun 1-dən etibarən Rusiyadan kömür alışını tamamilə dayandıracaq”.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Olaf Şoltsun iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis açıqlayıb.

Onun sözlərinə görə, Almaniya, həmçinin dekabrın 31-dən Rusiya neftindən də imtina edəcək.

Kukis qeyd edib ki, indi Almaniya üçün əsas və kifayət qədər çətin tapşırıq gələcəkdə Rusiya qazından imtina etməyin həlli yollarını tapmaq olacaq.