"Leqal.info" xəbər verir ki, bu barədə Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Valyuta Fondu (IMF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərlərinin birgə bəyanatında bildirilir.
WFP-nin məlumatına əsasən, 82 ölkədə 345 milyon insan qida çatışmazlığı ilə üzləşə bilər: “Bu vəziyyət 25-ə yaxın dövlətin ərzaq məhsullarının ixracını məhdudlaşdırması ilə daha da pisləşib. Nəticədə son bir ildə gübrələrin qiyməti iki dəfə artıb”.