Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 38,1 milyon manat vəsait köçürüb.

"Leqal.info" xəbər verir ki, 6 aylıq ödənişin 25,8 milyon manatı özəlləşdirmə, 12,3 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 38 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb.