Üç Ukrayna limanından taxıl dəhlizi vasitəsilə bir milyon ton kənd təsərrüfatı məhsulu daşınıb.

“Leqal.info” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

“Taxıl ixracı təşəbbüsü bir aya yaxındır işləyir və bu müddət ərzində üç dəniz limanımızdan (Qara dəniz, Odessa və Cənubi) ilk dəfə fevralın 24-dən bəri bir milyon ton aqroməhsul ixrac edilib”, - o yazıb.

Zelenski qeyd edib ki, ixrac Ukrayna vətəndaşları üçün yüzlərlə iş yeri deməkdir.