Bu barədə "Leqal.info"ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, hazırda vaqonlar depodadır: "Sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra qatarlar xəttə buraxılacaq.
Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatıb".
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.