"Leqal.info" Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İstanbul Metropoliteninin baş direktoru Özgür Soy bildirib.
Ö.Soy "Bakı Metropoliteni" ilə müxtəlif sahələrdə apardıqları əməkdaşlıq fəaliyyətlərindən danışıb:
"Bakı Metropoliteni" ilə çox yaxşı bir əməkdaşlığımız var. Birlikdə bir neçə layihəyə imza atırıq. Siqnalizasiya sistemləri, yeni vaqonların və digər maşın-mexanizm sistemlərinin dəyişdirilməsi, inşaat və digər sahələrdə əməkdaşlıq edirik. Həm biz öz təcrübələrimizi bölüşürük, həm də "Bakı Metropoliteni"nin təcrübələrindən faydalanırıq".
O, bu fəaliyyətlərin davam edəcəyini deyib:
"Bizim apardığımız Ar-Ge araşdırmaları var. O araşdırmalarla bağlı danışıqlar aparırıq. Azərbaycan dövlətinin planlarına bağlı olaraq hər cür əməkdaşlığa açığıq. Hazırda "Bakı Metropoliteni" ilə qarşılıqlı təlimlər veririk və təcrübələrimizi paylaşırıq. Gələcəkdə mütləq daha böyük layihələrimiz olacaq".