Moskva Nəqliyyat Departamentinin məlumatına görə, 2023-cü ilin sonuna kimi Moskvada elektriklə işləyən avtobuslar üçün təxminən 200 enerji doldurma məntəqəsi yaranacaq.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, paytaxt hakimiyyəti 2023-cü ilin ortalarında gətirilməli olan 64 enerjidoldurma stansiyasının tədarükü üçün tender elan edib. Qalan stansiyalar gələn ilin sonunadək quraşdırılacaq.

Moskvada 1000-dən çox elektrik avtobusu işləyir və 2023-cü ildə paytaxt daha 500 nəqliyyat vasitəsi alacaq.

Elvin Mahmudlu
Leqal.info