Macarıstanın XİN başçısı Peter Siyarto “Facebook” hesabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü barədə məlumat verib.

Leqal.info xəbər verir ki, “Avropa enerji böhranı ilə qarşı-qarşıyadır, ona görə də yeni təbii qaz mənbələrinə ehtiyac var. Ortamüddətli perspektivdə ən gerçək ssenari Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcminin əhəmiyyətli dərəcədə çoxalmasıdır. Bu məqsədlə regionumuzda infrastruktur inkişafı lazımdır və azərbaycanlılar daha çox istehsal etməlidirlər. Bu, Azərbaycanın iqtisadiyyat naziri ilə bu gün baş tutacaq görüşün başlıca mövzusu olacaq” deyə Siyarto qeyd edib.
Sözügedən görüş Mikayıl Cabbarovun Budepeştə səfəri zamanı baş tutub.
Leyla Kamil
Leqal.info