Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya yüngül xam neft ixrac olunur.


Leqal.info
xəbər verir ki bu haqda Slovakiya mətbuatı məlumat yayıb.

İlk dəfə olaraq Azərbaycan xam neftinin artıq Bratislavadakı “Slovnaft” Neft Emalı Zavoduna yola salındığı bildirilib.

"Bu, tarixi bir mərhələdir, ona görə ki, bu, neftin müxtəlif növlərinin emalı sahəsində daha çox çeviklik qazanmaq yönündə tamamilə yeni təcrübələr qazanacağımız bir neft növüdür", - Azərbaycan nefti daşıyan tankerin Xorvatiyanın Omişalj limanına gəlməsi ilə bağlı "Slovnaft"ın icraçı direktoru Marek Senkoviç qeyd edib.

Omişalj terminalına idxal edildikdən sonra 90 min ton Azərbaycan neftinin Adria boru kəməri ilə Bratislava Neft Emalı Zavoduna çatdırılması davam edir. Apreldə Bratislavada Azərbaycan neftinin emalına başlanılacağı bildirilib.

Leyla Kamil
Leqal.info