Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb.

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Vladimir Putinin sözlərinə əsasən, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir.

"Hökumətlərarası komissiya aktiv işləyir", - Putin qeyd edib.

Leqal.info