Azərbaycanda qeyri-qanuni məşğulluq hallarının qarşısının alınması üzrə tədbirlər planı hazırlanıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, tədbirlər planı artıq Prezident Administrasiyasına göndərilib:

"Gələcəkdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və onun orqanlarının fəaliyyəti bu plan çərçivəsində əlaqələndiriləcək".

Leqal.info