NIKOIL | Bank polis əməkdaşlarını qarşıdan gələn 2 iyul - Azəbaycanın polis işçiləri günü münasibətilə təbrik edir.

Bankdan Trend-ə verilən məlumata görə, peşə bayramı ilə əlaqədar NIKOIL | Bank polis işçiləri üçün kredit aksiyasını elan edir. Aksiyanın şərtlərinə uyğun olaraq polis işçiləri standart 2% kreditdən az faiz dərəcəsi ilə istənilən istehlak kreditini rəsmiləşdirə bilərlər. Kreditin maksimal məbləği 30 000 manatdır. Bununla yanaşı zaminsiz 7500 manat kredit verilir. Kreditləşmənin maksimal müddəti 36 aydır. Aksiya 2 iyul tarixindən etibarən ayın sonunadək davam edəcək.

NIKOIL | Bank bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara can sağlığı və məsul və çətin işlərində uğurlar arzulayır!

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı httpss://www.facebook.com/nikoilbank