Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.
“Qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq”,- o bildirib.
Xatırladaq ki, BNA dekabrın 24-də ölkəyə gətirilmiş yeni avtobusların təqdimatını keçirib.