Leqal.info “Report”a istinadən xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.
İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.
Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin Mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
