Azərbaycan Mərkəzi Bankından (AMB) “Report”a verilən məlumata görə, eyni zamanda 2018-ci ilin oktyabr ayı ilə müqayisədə noyabrda geniş mənada pul kütləsi 136,8 mln. manat və yaxud 0,6% artıb.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 085,3 mln. manat və yaxud 17,3% artaraq 2018-ci il dekabrın 1-nə 14 130,0 mln. təşkil edib.
Hesabata əsasən dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il dekabrın 1-nə 7 934,6 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 175,2 mln. manat və yaxud 2,3% çoxdur.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub.