Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.

Leqal.info-nun verdiyi xəbərə görə, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.