Ermənistanda rusiyalı sülhməramlılar yol qəzasına düşüb.

Leqal.info erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Yerevan-Mehri magistralında baş verib. İrana məxsus dövlət seriya nişanlı “Tractor Tanker” yük maşını sülhməramlıların idarə etdiyi “KamAZ”la toqquşub. Nəticədə 2 nəfər rus sülhməramlı yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı komandiri Rüstəm Muradov və polis yollanıb.