Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə "Report"a xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.

R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Allah rəhmət eləsin!