Bu barədə Leqal.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
19:30
Şüvəlan çimərliyində boğulma hadisəsi olub.
Bu barədə Leqal.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.
Əlavə məlumat veriləcək.