Ağdam sakini minaya düşərək həlak olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Leqal.info-ya bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.