Nazirlikdən Leqal.info-ya bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.
Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.
"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.