Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.

Leqal.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.