Yaponiyanın keçmiş Baş naziri Sindzo Abeni qətlə yetirən Yamaqami Tetsuyanin müstəntiqlərə verdiyi ifadəsinin daha bir hissəsi mətbuata sızıb.

Leqal.info xəbər verir ki, 41 yaşlı qatil əsas hədəfinin adını çəkmədiyi dini sekta lideri olduğunu iddia edib.

Onun sözlərinə görə, anası həmin sektaya qoşulub. Y.Tetsuyani buna görə təriqət başçısını günahkar bilir və onu öldürmək istəyirmiş: “Anam bu sektaya cəlb olunub. Çox böyük ianələr verir. Nəticədə bizim həyatımız dağılıb”.

Məlumata görə, qatil Yaponiyanın keçmiş hökumət başçısı ilə təriqət liderini dəyişik salıb. Lakin o, öldürmək istədiyi sekta rəhbərinin adını çəkməyib.

Y.Tetsuya psixi ekspertizaya göndəriləcək.

Qeyd edək ki, iyulun 8-də Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe açıq havada seçkiqabağı çıxşı zamanı Y.Tetsuya tərəfindən güllələnib. O, yaralı halda hospitala çatdırılsa da keçmiş hökumət başçısının həyatını xilas etmək mümkün olmayıb.

Y.Tetsuya 2000-ci illərin ortalarında 3 il Yaponiya Özünümüdafiə Dəniz Qüvələrində xidmət edib. O, keçmiş Baş naziri kustar üsulla düzəldilən tüfənglə güllələyib.
Xatırladaq ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Sindzyuki şəhərində anadan olub. Onun ana babası Nobusuke Kisi Yaponiyanın Baş naziri, atası Abe Sintaro isə xarici işlər naziri olub.