20 yanvar gecə saat 03.00-04.00 radələrində Naxçıvan-Şahbuz magistralında “Niva” markalı avtomobilin yoldan çıxması nəticəsində avtomobildə olan Şahbuz rayon sakinləri 1991-ci il təvəllüdlü Ruhin Cəfərov və 2002-ci il təvəllüdlü Hüseyn Hüseynov ağır bədən xəsarətləri alıblar.

Leqal.info xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Sözügedən qəza ilə bağlı araşdırma aparılır.
Leyla Kamil
Leqal.info