22 yanvar saat 04:00 radələrində Qusar rayonunda yerləşən “Park Qusar” hoteldə baş tutan yanğın əsnasında 4 nəfər – 1969-cu il Emin Babayev, 2005-ci il təvəllüdlü Rauf Babayev, 1981-ci il təvəllüdlü Zülfiyyə Babayeva və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov ölüb.

Leqal.info xəbər verir ki, ölənlərdən 3-ü bir ailənin üzvləri olub.
Yanğın zamanı, həmçinin 6 nəfər-1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1952-ci il təvəllüdlü Larisa Repina, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıblar.
İlk öncə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan 5-i daha sonra Nərimaov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. 1 nəfərin müalicəsi isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Yaralananlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
Leyla Kamil
Leqal.info