Paytaxtda anasını öldürməkdə təqsirləndirilən 16 yaşlı İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə istintaqı sona yetib.

Leqal.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda prokuror İdeal Məmmədzadənin 7 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, sözügedən hadisə keçən ilin aprel ayında metronun Neftçilər stansiyasının yaxınlığında baş verib.
İlkin tədqiqatlar nəticəsində 16 yaşlı oğlunun anası Ülviyyə İsmayılovanı qısqanclıq zəminində bıçaqla yaralayaraq qəsdən öldürməsi ilə bağlı əsaslı şübhələr aşkar edilib.
Bəhsi keçən faktla əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Cinayəti törədən yeniyetmə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.
Leyla Kamil
Leqal.info