25 yanvar 2023-cü il tarixində səhər radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış olması ilə bağlı informasiya daxil olub.

Leqal.info xəbər verir ki, daxil olan informasiya ilə bağlı dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Sözügedən hadisə yerində əməliyyat şəraiti dəyərləndirilərkən aydın olub ki, vətəndaşa aid olan fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 kvadrat metr olan 2 mərtəbəli köməkçi tikili yerləşir və partlayış həmin tikilinin mətbəxindəki məişət qazının sızması nəticəsində baş verib.
Partlayışın nəticəsi olaraq, mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət olan tavan dağılıb, eyni zamanda yaxınlıqda yerləşən 2 mərtəbəli evin pəncərəsinin şüşələri qırılıb.
Xoşbəxtlikdən, partlayış nəticəsində xəsarət alan olmayıb.
Leyla Kamil
Leqal.info