Bakıda Yasamal rayonu Heydər Hüseynov küçəsində 3 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, qəza zamanı “Hyundai”, “Mercedes” və “Toyota” markalı avtomobillərə ciddi zərər dəyib.
Hadisənin olduğu yerə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Leyla Kamil
Leqal.info