Leqal.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əmədaşlarının apardığı tədbirlər zamanı “Ford Tranzit” markalı yük maşınının sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olması ilə bağlı polis əməkdaşlarının əsaslı şübhələri olduğuna görə o, tibbi müayinədən keçirilib. Beləliklə, müayinə nəticəsində sözügedən şəxsin narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb.
Haqqında qanunvericiliyə əsasən protokol tərtib edilən və məhkəməyə göndərilən B.Əskərov Quba rayon məhkəməsinin qərarına müvafiq olaraq 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Leyla Kamil
Leqal.info