Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində avtomobilin vurduğu piyada dünyasını dəyişib.

Leqal.info xəbər verir ki, sürücü idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Abdulla Cahangirov 1959-cu il təvəllüdlü Ataman Xəlilovu vurub. Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə rəğmən xəstəxanada həyatını itirib.
Sözügedən faktla bağlı cinayət işi açılıb.
Elnurə Fərhadqızı
Leqal.info