Leqal.info xəbər verir ki, hadisə 26 yanvar saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla öldürülməsi haqqında polisə məlumat daxil olub.
Cinayəti törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov tutulub.
Məlumata əsasən, Sevinc Məmmədovanın cinayəti törədən Atəş Ələkbərovla uzun illər qeyri-rəsmi nikahda olub və onların bir övladı var.
Sözügedən qətl hadisəsi Atəş Ələkbərovun avtomobilində olub və o, bıçaqla Sevinc Məmmədovanı qətlə yetirib.
Leyla Kamil
Leqal.info