Sabunçu qəsəbəsində yerləşən evdə olan partlayış nəticəsində yaralanan 2 Hindistan və 2 Pakistan vətəndaşı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul ediliblər.

Leqal.info xəbər verir ki, TƏBİB-in bildirdiyi məlumata əsasən, hadisə zamanı xəsarət alan və vəziyyətləri orta ağır olaraq qiymətləndirilən dörd nəfər yaralı üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə olunurlar.
Qeyd edək ki, yaralananlar Odlar Yurdu Universitetinin tələbələridir.
Leyla Kamil
Leqal.info