Rusiyanın Xabarosk vilayətinin keçmiş qubernatoru Sergey Furqala 23 il həbs cəzası istənilib.

Leqal.info xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində prokurorun Sergey Furqalın cəzasını ciddi rejimli həbsxanada çəkməklə 23 il müddətinə azadlıqdan məhrum edilməsini istədiyi bildirilib.
Qeyd edək ki, Sergel Furqal iş adamlarının sifarişli qətllərini təşkil etməkdə, qanunsuz silah saxlamaqla yanaşı, başqa qanun pozuntularında təqsirləndirilir.
Elnurə Fərhadqızı
Leqal.info