Xaçmazda beşmərtəbəli binada yanğın baş verib.
Sözügedən hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib.


Leqal.info xəbər verir ki, yanğından sonra binanın bir blokunda tüstülənmə olub. Yanğının olduğu əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını ilə birlikdə canlı qüvvəsi cəlb edilib. Tüstü olan blokun sakinləri təxliyə olunub və yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğına zirzəmidə tüfeyli şəkildə yaşayan şəxsin səbəb olduğu ehtimal olunur.
Bəhsi keçən faktla əlaqədar araşdırmalar davam etdirilir.
Elnurə Fərhadqızı
Leqal.info