Oğuz rayonunda 1962-ci il təvəllüdlü Nazim Rəhimov aralarında baş verən mübahisə nəticəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Sevinc Rəhimovanı kəsici alətlə başından yaralayıb. Sonra isə N.Rəhimov bıçaqla özünü yaralayıb, həmçinin sirkə turşusu içərək intihara cəhd edib.

Leqal.info xəbər verir ki, ağır şəkildə yaralanan Sevinc Rəhimova və Nazim Rəhimov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Leyla Kamil
Leqal.info