İmişlinin Hacırüstəmli kəndində ata öz oğlu tərəfindən bıçaqlanıb.

Leqal.info xəbər verir ki, 1992-ci il təvəllüdlü Cavid Bədirxanovun münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqladığı bildirilir.
Yaralı Məmməd Bədirxanov xəstəxanaya yerləşdirilib, Cavid Bədirxanov isə şübhəli şəxs qismində saxlanılıb.
Sözügedən faktla əlaqədar cinayət işi başlanılıb.
Elnurə Fərhadqızı
Leqal.info