Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda evdə meyit aşkarlanması ilə bağlı məlumat yayıb.

Leqal.info xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatda Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı qeyd edilib.
“Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyatı üzrə təhvil veriblər”, -deyə məlumatda bildirilib.
Elnurə Fərhadqızı
Leqal.info